AZ

“HƏMAS Dohadan getməyəcək” – Qətər XİN

HƏMAS Dohada qalacaq.

İnterpress.az xəbər verir ki, bunu Qətər Xarici İşlər Nazirliyinin sözçüsü Məcid əl-Ənsari deyib.

“Qətər İsrail və HƏMAS arasında vasitəçilik səylərini davam etdirdiyi müddətdə HƏMAS-ın siyasi bürosunun Dohada mövcudluğunu dayandırmaq üçün heç bir səbəb yoxdur”.

Bu gün səhər saatlarında Türkiyə prezidenti Ərdoğan bildirib ki, Dohanı tərk etməsi üçün HƏMAS rəhbərliyinə Qətərin təzyiq göstərdiyi barədə məlumatı yoxdur.

O əlavə edib ki, “Qətərdə HƏMAS-a münasibət həmişə ailə üzvləri kimi olub və mən çətin ki, gələcəkdə bunu dəyişdirəcəm”.

Xuraman Etibarlı

İnterpress.az

Seçilən
47
Mənbələr
Şərh ()
Bağla