AZ

Futzal: Azərbaycan kubokunda yarımfinalın təyinatları açıqlandı

Futzal üzrə Azərbaycan Kubokunda 2023/2024 mövsümünün yarımfinal mərhələsinin oyunlarına bütün təyinatlar açıqlanıb.

Arena.az xəbər verir ki, bu barədə Azərbaycan Futzal Federasiyasının (AFF) rəsmi saytı məlumat yayıb.

Qeyd edək ki, yarımfinal görüşləri aprelin 25-də keçiriləcək. Hər iki oyun Bakı İdman Sarayında baş tutacaq.

Azərbaycan Kuboku
Yarımfinal
25 aprel

Neftçi İK – Baku Fire
Hakimlər: Knyaz Əmiraslanov, Ceyhun Hüseynov, Hikmət Qafarlı.
Hakim-inspektor: Elçin Səmədli.
Bakı İdman Sarayı. Saat 15:00.

Araz-Naxçıvan – PFL
Hakimlər: Rza Məmmədov, Ziya Nəsirov, Hacıəli Ağayev.
Hakim-inspektor: Əfqan Həmzəyev.
Bakı İdman Sarayı. Saat 18:00.

Seçilən
58
Mənbələr
Şərh ()
Bağla