AZ

Diabetik retinopatiya şəkərli diabet zamanı gözün tor qişasının damarlarının zədələnməsi nəticəsində baş verən хəstəlikdir

Sumqayıt Tibb Mərkəzinin (STM) tabeliyində olan 2 nömrəli Xəstəxanada maarifləndirici seminar keçirilib.
 
Mərkəzdən Aztibb.az-a bildirilib ki, tədbirdə STM-nin direktor müavini Ramin Qasımov və xəstəxananın baş həkimi Arzu Bəndəliyeva çıxış edərək bu kimi seminarların həkimlərin bilik və bacarıqlarının təkmilləşdirilməsində mühüm əhəmiyyət kəsb etdiyini vurğulayıblar.
 
Xəstəxananın oftalmoloq-cərrahlarının, müxtəlif ixtisaslı həkimlərin qatıldığı seminarda Göz şöbəsinin oftalmoloq-cərrahı, göz xəstəlikləri uzmanı Rəsul Dadayev “Diabetik retinopatiya” mövzusunda təqdimatla çıxış edib.
 
R.Dadayev diabetik retinopatiyanın şəkərli diabet zamanı gözün tor qişasının damarlarının zədələnməsi nəticəsində baş verən хəstəlik olduğunu bildirib.
 
Qeyd olunub ki, retinopatiya şəkərli şəхslərdə görmənin aşağı düşməsinin əsas səbəbidir. Vurğulanıb ki, diabetik retinopatiya zamanı dəyişikliklər hər iki gözdə baş verir.
 
Məruzəçi göz xəstəlikləri uzmanı diabetik retinopatiyanın aşkar edilməsi üçün tətbiq olunan müayinə üsullarından və xəstəliyin müalicə yollarından danışıb.
 
Qarşılıqlı fikir mübadiləsi şəraitində keçən seminarda həkimləri maraqlandıran suallar cavablandırılıb.
Seçilən
49
Mənbələr
Şərh ()
Bağla