AZ

Azərbaycanda avtomobillərlə sərnişin daşınmadan gəlirlər - 22% ARTIB

2023-cü ildə avtomobil nəqliyyatı ilə sərnişin daşınmadan gəlirlər 1 milyard 101 milyon 104,2 min manat təşkil edib.

FED.az bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

Bu 2022-ci ilin eyni dövrü ilə ilə müqayisədə 196 milyon 545,6 min manat və ya 22% çoxur.

2022-ci ildə avtomobil ilə sərnişin daşımalarından 905 milyon 558 min manat gəlir əldə etmişdi.

 

Bununla yanaşı ötən il avtomobillərlə 1 milyard 694 milyon 104,5 milyon sərnişin daşınıb ki, bu da 2022-ci ilə nisbətən 289 milyon 83,7 min sərnişin və ya 21% çoxdur.

Avtomobillərlə daşınan sərnişinlərin 1 milyard 599 milyon 981,3 mini avtobuslarla, ondan 648 milyon 909,1 min nəfəri sənişin fiziki şəxslər olan fərdi sahibkarların, 94 milyon 123,2 min nəfəri taksilərin, ondan 54 milyon 228,6 min nəfəri isə fiziki şəxslər olan fərdi sahibkarların payına düşüb.

İllik müqayisədə avtobusla daşınmış sərnişinlərin sayı 278 milyon 774,6 min nəfər (21%), taksilərlə 10 milyon 309,1 min nəfər (12%) artıb.

Seçilən
27
Mənbələr
Şərh ()
Bağla