AZ

İsrail 200 gün ərzində Qəzzada 34 183 nəfəri öldürdü

İsrail ordusunun 200 gündür Qəzzaya hücumları davam edir.

BiG.AZ xəbər verir ki, Qəzza sektorunda ölənlərin sayı son 24 saat ərzində 32 nəfər artaraq 34 min 183 nəfərə çatıb.

Bu barədə Fələstin Səhiyyə Nazirliyi məlumat yayıb.

İsrail ordusunun son 24 saat ərzində Qəzza zolağına hücumları nəticəsində daha 59 fələstinlinin isə yaralandığı bildirilib.

Qeyd edildi ki, oktyabrın 7-dən İsrailin Qəzza zolağına hücumları zamanı ölən insanların sayı 34183 nəfərə, yaralıların sayı isə 77143 nəfərə çatıb.


BiG.Az
Seçilən
144
7
Mənbələr
Şərh ()
Bağla