AZ

Alimlər məktəblilərə narkomaniyanın fəsadlarından danışıblar

Bakı, 23 aprel, AZƏRTAC

Elm və Təhsil Nazirliyi Dendrologiya İnstitutunun alimləri alimləri Bakıdakı 121 nömrəli orta məktəbdə seminar təşkil ediblər.

Dendrologiya İnstitutundan AZƏRTAC-a bildirilib ki, Mərkəzləşdirlimiş eksperimental laboratoriyasının müdiri biologiya üzrə fəlsəfə doktoru Afiq Qazıyev, Sistematika laboratoriyasının müdiri biologiya üzrə fəlsəfə doktoru, dosent Ramiz Ələkbərov, elmi işçi Venera Əhmədova məktəblilərə narkomaniyanın cəmiyyətdə yaratdığı fəsadlar və insan sağlamlığına vurduğu zərərlər haqqında danışıblar, onların suallarını cavablandırıblar.

Seçilən
42
1
Mənbələr
Şərh ()
Bağla