AZ

Əvvəllər də qanunsuzluq etmiş MTK yenə İŞ BAŞINDA: Bu dəfə yanğın törətdilər - FOTO/VİDEO

Nəsimi rayonu Xətai prospekti 38-də yerləşən ərazidə yanğın hadisəsi baş verib.

 

Bu barədə Sfera.az-a sözügedən ünvanda yaşayan sakinlər məlumat verib.

 

Qeyd olunub ki, ərazidə üç ay bundan qabaq qanunsuz tikinti işləri başlayıb. Sakinlər dəfələrlə aidiyyəti qurumlara müraciət etsələr də, hər hansı tədbir görülməyib.

 

“Biz qanunsuz tikili barədə Fövqəladə Hallar Nazirliyi, DİN-in 102 xidmətinə şikayətlərimizi bildirmişik. Davam edən işlərin fəsadları ola bilər. Xüsusilə yanğın təhlükəsizliyi nöqteyi-nəzərindən binanın həyətində belə tikinti işlərinin getməsi yanlışdır. Heç kimlə razılaşdırmadan bu addımı atıblar. Nəticə olaraq, bu gün ərazidə nə iş görüblərsə, yanğın hadisəsi baş verib”, - sakinlər söhbət zamanı bildiriblər.

 

Məlumata görə, hazırda yanğın hadisəsinin qarşısı alınıb. Amma bu o demək deyil ki, sakinlər növbəti dəfə bu cür mənfi hadisələrdən sığortalanıblar. Nə qədər ki, qanunsuz əməllər davam edəcək, belə halların baş verməsi də gözləniləndir. 

 

Qeyd edək ki, Nəsimi rayonu Xətai prospekti 38-də yerləşən binaların həyətində ilk belə qanunsuz əməl deyil. Belə ki, bir müddət bundan əvvəl “Nəsimi 45” Mənzil Mülkiyyətçiləri Müştərək Cəmiyyəti (MMMC) ərazidə oxşar problemlərə səbəb olmuşdu. Sakinlər binaların həyətində qanunsuz “besedka” tikilməsi ilə bağlı saytımıza məlumat vermişdi. Xatırladaq ki, binanın ikinci mərtəbəsində uşaq bağçası yerləşir.

 

Xəbər saytımızda işıqlandırılandan sonra həmin ərazidəki uşaq bağçası üçün yaşayış binasının həyətində qanunsuz olaraq quraşdırılmış oyun meydançası sökülmüşdü. Sakinlərin haqlı etirazları nəticəsində Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, Nəsimi rayonu İcra Hakimiyyəti,  Fövqəladə Hallar Nazirliyi və Nəsimi rayon Polis idarəsi nümayəndələrinin iştirakı ilə qanunsuz tikilininin söküntüsünə qərar verilərək icra olunmuşdu.

 

Türkan

 

Seçilən
62
Mənbələr
Şərh ()
Bağla