AZ

76 pişiyi öldürdü - 14 ay həbs cəzası aldı

Cənubi Koreyada 76 pişiyi öldürən şəxsə 14 ay həbs cəzası verilib.

Bakupost.az xarici KİV-ə istinadən xəbər verir ki, heyvanların mühafizəsi haqqında qanunu pozduğu deyilən 20 yaşlarında adı açıqlanmayan bir kişinin 76 pişiyi öldürdüyünə dair cinayət işi məhkəməyə göndərilib.

Məhkəmədə təqsirkar bildirib ki, pişiklər onun avtomobilini cızdığı üçün onlara dərin nifrət etməyə başlayıb. Buna görə də o, gizli plan quraraq pişikləri öldürüb.
Məhkəmədə məlum olub ki, həmin şəxs küçələrdən topladığı və onlayn saytlardan pulsuz sahibləndiyi pişikləri işgəncə ilə öldürüb. Məhkəmə onu bu əməlinə görə 14 ay azadlıqdan məhrum edib.

Cənubi Koreya Beynəlxalq Humanitar Cəmiyyətinin direktoru Borami Seo hadisəylə bağlı verdiyi açıqlamada verilən cəzanın cəmiyyətin heyvanların rifahı ilə bağlı artan narahatlığını və bu cür mənasız qəddarlığa reaksiyasını əks etdirdiyini söyləyib.

Vasif
BakuPost
Seçilən
81
4
Mənbələr
Şərh ()
Bağla