AZ

Birinci rübdə neft-qaz sektoru üzrə dövlət büdcəsinə daxilolmalar proqnozu 5 faiz ötüb

Birinci

Bakı, 23 aprel, AZƏRTAC

Dövlət büdcəsinin qeyri neft-qaz sektoru üzrə daxilolmaları bu ilin yanvar-mart ayları üzrə dövlət büdcəsinin daxilolmalarının 50,6 faizini təşkil etməklə 4671,7 milyon manat olub.

Maliyyə Nazirliyindən AZƏRTAC-a bildirilib ki, bu, proqnozla müqayisədə 472,8 milyon manat və ya 11,3 faiz, ötən ilin müvafiq dövrü ilə müqayisədə isə 241,7 milyon manat və ya 5,5 faiz çoxdur.

Cari ilin yanvar-mart aylarında dövlət büdcəsinin gəlirlərində qeyri neft-qaz sektoru üzrə daxilolmaların 62,4 faizini və ya 2914,4 milyon manatını vergi orqanlarının xətti ilə daxilolmalar, 31,5 faizini və ya 1469,9 milyon manatını gömrük orqanlarının xətti ilə daxilolmalar, 2,5 faizini və ya 118,8 milyon manatını dövlət büdcəsindən maliyyələşdirilən təşkilatlarının ödənişli xidmətlərindən daxilolmalar, 3,4 faizini və ya 159,4 milyon manatını sair daxilolmalar, 0,2 faizini və ya 9,2 milyon manatını dövlət əmlakının icarəyə verilməsindən daxilolmaları təşkil edir.

Nazirlikdən həmçinin bildirilib ki, dövlət büdcəsinin neft-qaz sektoru üzrə daxilolmaları 4562,6 milyon manat təşkil edib. Bu da proqnozla müqayisədə 216,7 milyon manat və ya 5,0 faiz, 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə 702,6 milyon manat və ya 18,2 faiz çoxdur. Bu ilin yanvar-mart aylarında dövlət büdcəsinin gəlirlərində neft-qaz sektoru üzrə daxilolmaların 30,0 faizi və ya 1367,3 milyon manatı vergi orqanlarının xətti ilə daxilolmalar, 70,0 faizi və ya 3195,3 milyon manatı Azərbaycan Respublikasının Dövlət Neft Fondundan dövlət büdcəsinə transfert təşkil edir.

Vergi orqanlarının xətti ilə dövlət büdcəsinə mədaxil olmuş neft-qaz gəlirlərinin 48,8 faizi və 667,9 milyon manatı Şahdəniz yatağı üzrə mənfəət vergisi, 34,0 faizi və ya 464,8 milyon manatı Dövlət Neft Şirkətinin ödədiyi müvafiq vergilər, 17,2 faizi və ya 234,6 milyon manatı ABƏŞ-in mənfəət vergisi təşkil edir.

 

Seçilən
78
10
Mənbələr
Şərh ()
Bağla