AZ

“Bizim Premyer Liqaya çıxmaq üçün şanslarımız çoxdur”

“Biz Premyer Liqa üçün lisenziya məsələsini həll etmişik. Elitaya çıxmaq üçün heç bir çətinliyimiz yoxdur. Stadionun ot örtüyü ilə bağlı problem aradan qaldırılacaq. Qazonu yeniləyəcəyik. Bu işi görən şirkət artıq stadionumuza gəlib və meydança ilə tanış olub”.

Bu sözləri İdmanxeber.az saytına “İmişli” klubunun icraçı direktoru Aqşin Mürsəlov İmişli şəhər stadionunun durumu barədə danışarkən deyib. O, klubun hədəflərinin Premyer Liqada çıxış etmək olduğunu da vurğulayıb:

“Bir çox məsələyə İcraiyyə Komitəsinin iclasından sonra aydınlıq gələcək. Amma bizim AFFA rəhbərliyi ilə görüşümüz olub. İdman prinsiplərinin qorunacağına yəqinlik verilib. Nəticəmiz yüksək olsa, Premyer Liqaya vəsiqə qazanacağıq. Bir çox meyarları tamamlamışıq. Yalnız komandanın qazanacağı nəticə qalıb. Düşünmürəm ki, çempion olsaq, qurum bizi elitaya buraxmasın. Komanda sayının artıb-artmayacağı sonrakı məsələdir. Biz çempion olub APL-ə yüksəlmək istəyirik.

Futbol adamları olaraq bu sahənin inkişafı üçün regionları futbolla təmin etməliyik. İK-nin qərarı da bunu uyğun olmalıdır. I Liqada futbol ənənəsi olan “Şamaxı”, “Karvan” kimi komandalar var. Bu klubların Premyer Liqaya gəlməsi azarkeş baxımından da marağı artıracaq. Həmçinin “İmişli”ni də qeyd etmək lazımdır. Bizim müasir standartlara cavab verən stadionumuz var. Bu, ən böyük üstünlüyümüzdür. Hər oyun 2-3 min azarkeş olur. Əgər Premyer Liqada olsaq, stadion tamamən dolu olacaq. Bu nüansları nəzərə alanda bizim şanslarımız çoxdur. Çünki AFFA-da futbol adamları bu şeylərə diqqət edirlər”.

Həsən Quluzadə

Seçilən
49
Mənbələr
Şərh ()
Bağla