AZ

290 milyon İsveçrə frankı dəyərində Rusiya aktivləri blokdan çıxarıldı

2023-cü ildə İsveçrə hakimiyyəti 290 milyon İsveçrə frankı (təxminən 318 milyon dollar) dəyərində Rusiya ilə əlaqəli aktivləri blokdan çıxarıb.

Qərar Avropa İttifaqının (Aİ) bir sıra şəxslərə qarşı sanksiyalarının ləğvi, eləcə də bəzi vəsaitlərin mənşəyi dəqiqləşdirildikdən sonra qəbul edilib. Rusiya Federasiyasının ölkədə dondurulmuş şəxsi aktivlərinin dəyəri il ərzində 5,8 milyard franka düşüb: “Əvvəllər ehtiyat məqsədilə dondurulmuş 140 milyon İsveçrə frankı (153 milyon ABŞ dolları) dəyərində aktivlər sərbəst buraxılıb, çünki araşdırma onların dondurulması üçün hüquqi bazanın təmin olunmadığını göstərib”.

Editor.az bildirir ki, bu barədə İsveçrənin İqtisadi Məsələlər üzrə Dövlət Katibliyi hesabatında deyilir. Bundan əlavə, Aİ-nin bəzi şəxslərinin sanksiya siyahısından çıxarılması səbəbindən aktivlərin məbləği daha 150 milyon İsveçrə frankı (165 milyon dollar) azalıb. Hesabatda o da vurğulanır ki, dondurulmuş aktivləri ehtiyatlardan və Rusiya Federasiyası Mərkəzi Bankının İsveçrədə saxlanılan, təxminən 7,24 milyard İsveçrə frankı (7,93 milyard dollar) məbləğində olan aktivlərindən fərqləndirmək lazımdır. Sənəddə deyilir: “25 may 2022-ci il tarixindən etibarən Rusiya Federasiyası Mərkəzi Bankının ehtiyatları və aktivləri ilə bütün əməliyyatlar qadağandır”.

//Samir Qurbanov, Editor.az

Seçilən
97
29
Mənbələr
Şərh ()
Bağla