AZ

Azərbaycan ilə Çin arasında ticarət dövriyyəsi 44 faiz çoxalıb

Azərbaycan

Pekin, 23 aprel, AZƏRTAC

Azərbaycan ilə Çin arasında ikitərəfli ticarət dövriyyəsinin həcmi ötən illə müqayisədə 44 faiz çoxalaraq, 3,1 milyard dollara çatıb.

AZƏRTAC xəbər verir ki, bu fikri Azərbaycanın Çindəki ticarət nümayəndəsi Teymur Nadiroğlu Pekində keçirilən “Azərbaycanda investisiya və ticarətin təşviqi” adlı konfransda bildirib.

Ticarət nümayəndəsi hazırda Çinin Azərbaycanın 4-cü ən böyük xarici ticarət tərəfdaşı, ikinci ən böyük idxal mənbəyi olduğunu deyib: “Azərbaycan hazırda Çinin Cənubi Qafqazdakı ən böyük ticarət tərəfdaşıdır”.

Şahin Cəfərov

AZƏRTAC-ın xüsusi müxbiri

Pekin

Seçilən
42
Mənbələr
Şərh ()
Bağla