AZ

Cavanşir Məmmədov onun toyuna hazırlaşırmış -

Yaxın günlərdə vəfat edən Əməkdar artist Cavanşir Məmmədovun nəvəsi Rəfiqənin toyu olacaqmış.Metbuat.az bildirir ki, bu barədə ATV-də yayımlanan "Bizimləsən" proqramında aparıcı Zaur Baxşəliyev danışıb. O deyib ki, bu haqda ona müğənninin qızı Xatirə danışıb:"Nəvəsinin toyu olacaq. Buna görə mebel almağa gedirmişlər. Qızı deyir ki, dəfələrlə dedi, ağ mebel alın. Tünd və qara olmasın, evi boğur. Hətta deyib ki, gecə yaxşı yuxu görməmişəm. Evdəkilər deyib ki, bəlkə sən bizlə gələsən və ya getməyək. Qoymayıb, deyib gedin. Qızı deyir ki, o biri otağa keçəndə gördük ki, xırıltı gəlir. İki həkim briqadası gəlib, deyiblər ki, heç nə edə bilmərik".
Qeyd edək ki, Cavanşir Məmmədov aprelin 20-də ürəktutmasından dünyasını dəyişib.


Seçilən
20
Mənbələr
Şərh ()
Bağla