AZ

Devid Bekhem keçmiş dostunu məhkəməyə verdi

Devid Bekhem 2007-ci ildə Hollivud ulduzu Mark Uolberqlə Los-Ancelesdə eyni məhəlləyə köçəndə ikisi yaxın dost olublar. Dostluqlarını davam etdirən Beckham, 2021-ci ilin avqustunda Uolberqin F45 şirkətinin qlobal səfiri kimi müqavilə imzalayıb. Lakin idmançı ilə aktyor arasındakı dostluq iş mübahisəsinin kölgəsində qalıb.

News24.az xəbər verir ki, Devid Bekhemin DB adlı şirkəti F45 Training-i məhkəməyə verib.

Biznes mübahisəsində Bekhem Uolberqi şirkətinin milyonlarla dollar itirməsinə səbəb olan fırıldaqçılıqda günahlandıraraq, keçmiş dostunun işgüzar əlaqələri zamanı onu aldatdığını deyib.

O iddia edir ki, Devid Bekhem səhm qiymətləri düşməzdən əvvəl vəd edilən səhmləri gizlətdiyi üçün 340 milyon TL-dən çox ziyana düşüb.

Qeyd edək ki, Uolberq və digər müttəhimlər saxtakarlıq iddialarının əsassız olduğunu əsas gətirərək, hakimdən işin rədd edilməsini istəyiblər.

Günel Məlikzadə


Seçilən
18
Mənbələr
Şərh ()
Bağla