AZ

U-17 millimiz Minskə 20 futbolçu ilə gedəcək

17 yaşadək qadın futbolçulardan ibarət Azərbaycan milli komandası (U-17) Belarusda keçiriləcək UEFA İnkişaf Turnirində iştirak edəcək.

Arena.az bu barədə AFFA-nın rəsmi saytına istinadən xəbər verir.

Yığmamız Belarusun paytaxtı Minskdə təşkil olunacaq oyunlara hazırlıq məqsədilə aprelin 25-dən 30-na qədər Bakıda təlim-məşq toplanışı keçəcək.

Milli komandamızın baş məşqçisi Nərgiz Qurbanova qarşıdakı toplanışa bu futbolçuları cəlb edib:

  1. Firuzə Bayramova – Dinamo Balakən
  2. Nərgiz Ağaliyeva – Baku Sportinq
  3. Aygün Novruzova – Sabah
  4. Arzu Cəfərova – Baku Sportinq
  5. Xanım Əsədova – Sabah
  6. Bədriyyə Mövludova – İnter Xaçmaz
  7. Ayşən Salamzadə – Neftçi
  8. Adelina Ağayeva – Sabah
  9. Səma Əsədova – Neftçi
  10. Ella Əmirova – Baku Sportinq
  11. Cennet Hüseynova – Neftçi
  12. Aysu Əsədova – Sabah
  13. Aylin Kərimova – Neftçi
  14. Tərgül Qəniyeva – Sabah
  15. Məhsumə Vahabzadə – Sabah
  16. Elizaveta Vaysman – İnter Xaçmaz
  17. Arzu Ağaliyeva – Baku Sportinq
  18. Günay Sultanlı – Sabah
  19. Mehri Məmmədzadə – Sabah
  20. Zeynəb Əsgərzadə – Baku Sportinq

Qeyd edək ki, U-17 yığmamız mayın 1-də Minskə yollanacaq. Komandamız mayın 2-də Belarus, 4-də Qazaxıstan, 7-də isə Türkiyədən olan həmyaşıdları ilə üz-üzə gələcək.

Milli komandamızın oyunlarının təqvimi belədir:

2 may

Belarus – Azərbaycan
ABFF Təlim-Məşq Mərkəzi. Saat 19:00.

4 may

Azərbaycan – Qazaxıstan
ABFF Təlim-Məşq Mərkəzi. Saat 13:00.

7 may

Türkiyə – Azərbaycan
ABFF Təlim-Məşq Mərkəzi. Saat 12:00.

Seçilən
31
37
Mənbələr
Şərh ()
Bağla