AZ

Dodağınız uçuqlayıbsa... -Bu iki üsul 10 dəqiqədə problemi həll edəcək!

Uçuqlar əsasən dodaqlarda yaranan ağrılı yaralardır. Bunlar herpes virusu səbəbilə yaranır.

Yeməyə, danışmağa, gülməyə belə mane olan uçuqlar görüntü olaraq da insanda narahatlıq yaradır. Bu cür yaraların sağalması üçün bəzən 1 həftə, hətta 10 gün vaxt lazım gəlir.

Ənənəvi müalicə adətən kremlər və məlhəmlərlə aparılsa da, bəzi təbii üsullar herpesin müalicəsində daha təsirli ola bilər.

Medicina.az xəbər verir ki, uçuqları qısa müddətdə sağaldan ən təsirli üsullardan biri sarımsaqdan istifadə etməkdir. Sarımsaq virus, bakteriya və göbələklərlə mübarizə apara bilən antibiotikdir.

Bir diş sarımsağı nazik dilimləyin. Doğranmış sarımsağı yaranın üzərinə qoyun. Sarımsağı 10 dəqiqə yaranın üzərində saxlayın. Bu müddət ərzində effektivliyi artırmaq üçün sarımsaq dilimlərini yeniləyə bilərsiniz. 10 dəqiqədən sonra ağzınızı isti su ilə yuyun.

Bu üsul sarımsağın birbaşa antiviral və antibakterial xüsusiyyətlərindən istifadə edərək uçuqların sağalmasını sürətləndirir.

Sarımsaq uçuq olan hissədə yüngül yanma və ya qaşınma hissi yarada bilər. Lakin bu simptomlar adətən qısa müddətdə yox olur.

Sarımsağın yağından da müalicə məqsədilə istifadə edə bilərsiniz. Sarımsaq yağını uçuqlara tətbiq etmək eyni dərəcədə təsirli olacaq. Ancaq sarımsaq yağını birbaşa dəriyə tətbiq etməzdən əvvəl onu zeytun yağı və ya su ilə seyreltmək vacibdir.

Sarımsağın qoxusundan narahat olanlar və daha asan müalicə üsulu axtaranlar isə lavanda yağına müraciət edə bilərlər.

Lavanda yağı da təbii antiseptik və antiinflamatuar xüsusiyyətlərə malikdir və uçuqların sağalma prosesini sürətləndirə bilər.

Lavanda ilə hazırlanan təsirli qarışım:

Tərkibi: yarım stəkan təbii bal, 10 damcı nanə yağı, 10 damcı çay ağacı yağı, 15 damcı lavanda yağı.

Hazırlanması: bütün məhsulları kiçik bir şüşə qaba əlavə edib yaxşıca qarışdırın. Qarışığı gündə iki dəfə uçuqların üzərinə çəkin. Yaranın üzərində mümkün qədər uzun müddət (ən azı 5 dəqiqə) saxlayın.

Bu bitki qarışığı lavanda yağının rahatlaşdırıcı və müalicəvi təsiri ilə yaraların daha sürətli sağalmasını təmin edir.

Qeyd edək ki, sarımsaq və ya digər bitki mənşəli qarışıqları tətbiq etməzdən öncə allergik reaksiyanızın olub-olmadığını yoxlayın. Simptomlar şiddətlənirsə və ya uzun müddət davam edirsə, bir tibb işçisinə müraciət edin. Təbii müalicələrdən istifadə edərkən həmişə təmizliyə və gigiyenaya diqqət yetirin.


Aysel

Seçilən
30
Mənbələr
Şərh ()
Bağla