AZ

Rusiya Azərbaycanı Qafqazda lider dövlət kimi qəbul edib – AÇIQLAMA

“Rusiya hərbçilərinin Azərbaycandan çıxarılması ona işarədir ki, Azərbaycan kifayət qədər nüfuzlu və güclü vəziyyətdədir”.

Bu fikri Yenicag.az-a açıqlamasında Azərbaycan Prezidenti İlham Əliyevin Putinlə görüşü, Cənubi Qafqazın təhlükəsizlik məsələsini dəyərləndirən Milli Dirçəliş Hərəkatı Partiyasının sədri Fərəc Quliyev səsləndirib.

Fərəc Quliyevin sözlərinə görə, Rusiya Azərbaycanı Qafqazda lider dövlət kimi qəbul edib.

“Rusiya məsələsinə iki aspektdən yanaşa bilərik – tarixi və bugünkü praqmatik siyasət baxımdan. Əgər günümüzdə reallıqları nəzərə almasaq, yalnız tarixlə yaşasaq, bu, effektiv olmaz. Ancaq tarixi də yaddan çıxarmaq olmaz. Azərbaycanla Rusiya arasında ikitərəfli, bərabər əsaslarla olan müqavilələri alqışalyırıq. Əgər Azərbaycanda Rusiya hərbi kontingetinin mövcudiyyəti yoxdursa, bizim Rusiya ilə normal münasibət saxlamağımız daha normaldır. Qonşularla sıfır problemli qonşuluqda maraqlıyıq. Avropada 100 illik müharibələr olub, ancaq bu gün müttəfiqlik edirlər. Biz bu gün maraqlarımıza uyğun davranış görürüksə, bu münasibətlərin inkişafında maraqlı olmalıyıq”, – deyə o bildirib.

F.Quliyevin sözlərinə görə, Azərbaycanın və Rusiyanın Qafqaza təsirinin özü də avantajdır:
“Bu, o deməkdir ki, Rusiya Azərbaycanı Qafqazda lider dövlət kimi qəbul etdi. Azərbaycanın maraqları ilə hesablaşılır. Rusiya hərbçilərinin Azərbaycandan çıxarılması ona işarədir ki, Azərbaycan kifayət qədər nüfuzlu və güclü vəziyyətdədir. Təbii ki, burada Türkiyə və Türk Dövlətləri Birliyi amili də önəm kəsb edir. Ermənistanla Rusiya münasibətləri ortadadır.

Rusiya-Ukrayna savaşında tərəf tutmuruq. Heç birinin səngərində deyilik. Nə KTMT-dəyik, nə NATO-dayıq. İki ölkə arasındakı savaşda Azərbaycan Ukraynanın ərazi bütövlüyünü tanıyır, hətta hümanitar yardımlar da edir. Hətta Prezident İlham Əliyev Ukrayna prezidenti Zelenskini COP29 tədbirinə dəvət etdi. Ancaq Rusiya ilə əməkdaşlığımız da davam edir”.

Səxavət Məmməd

Seçilən
31
Mənbələr
Şərh ()
Bağla