AZ

Hərbi ekspert: “Ermənistan tərəfi hər zaman olduğu kimi, bu yoldan da məkirli məqsəd üçün istifadə etdi”

Ötən il aprelin 23-ü Laçın sərhəd-buraxılış məntəqəsinin Azərbaycan tərəfinin nəzarətinə keçməsi tarixi və əlamətdar hadisə idi.

Bu fikirləri Herbiand.az-a hərbi ekspert Azər Bayramov  Laçın sərhəd-buraxılış məntəqəsinin yaradılmasının 1 illiyinə münasibət bildirərkən qeyd edib:
“Laçın sərhəd-buraxılış məntəqəsinin açılması ilə Azərbaycan ərazi bütövlüyünü tam şəkildə bərpa etmiş oldu. II Qarabağ müharibəsindən sonra Azərbaycan Ordusu bir çox uğurlu əməliyyatlar həyata keçirdi. Ordumuz tərəfindən Fərrux, Sarıbaba, Qırxqız və  Buzluq yüksəklikləri erməni separatçılarından təmizlənərək Azərbaycanın nəzarətinə keçməsi Laçın sərhəd-buraxılış məntəqəsinə nəzərətimizin təmin olunmasında  ciddi rol oynadı. Bununla yanaşı, sonrakı dönəmdə də antiterror əməliyyatlarının həyata keçirilməsinin çox ciddi şəkildə müsbət təsiri oldu”. 

Bununla yanaşı, herbi ekspert qeyd etdi ki, Azərbaycan hər zaman humanizm prinsiplərinə sadiq qalıb:
“Azərbaycan II Qarabağ müharibəsindən sonra humanizm prinsiplərinə uyğun olaraq Ermənistana humanitar yardım üçün yol verdi. Ancaq çox təəssüf ki, Ermənistan tərəfi hər zaman olduğu kimi, bu yoldan da məkirli məqsəd üçün istifadə etdi. Ermənistan bu yol vasitəsilə separatçıları və terrorçuları silah-sursat, canlı qüvvə ilə təmin etməyə çalışdı. Bununla yanaşı, minalar da daşındı və bu da yeni minalanmış ərazilərin yaranmasına səbəb oldu”. 
Həmçinin ekspert vurğuladı ki, Azərbaycan bu terror fəaliyyətinin qarşısını almaq üçün sərhəd-buraxılış məntəqəsinə nəzarəti bərpa etdi:
 “Sonrakı dönəmdə də separatçılar əsas təminat və təhcihatından  mərhum oldu. Antiterror əməliyyatı zamanı separatçı qüvvələr bir gün ərzində Azərbaycan Ordusu tərəfindən diz çökdürüldü və onlar təslim olmağa məcbur edildi. Sərhəd-buraxılış məntəqəsinə nəzarət etməyimiz, Qarabağdakı separtaçıların təmizlənməsi Azərbaycanın öz ərazi bütövlüyünü və suverənliyini bərpa etməsilə nəticələndi”.

Emin ŞİRVANZADƏ

Seçilən
43
Mənbələr
Şərh ()
Bağla