AZ

"Qərb nüvə dövlətlərinin birbaşa toqquşması həddində ləngər vurur" - Lavrov

 
"ABŞ və satellitləri əvvəlkitək Rusiyanı strateji məğlubiyyətə uğratmaq ideyasına mübtəladır..."
 
"Dünyada silahlar üzərində nəzarət və nüvə silahının yayılmaması sisteminin böhranı müşahidə edilir..."
 
Rusiya xarici işlər naziri Sergey Lavrov Qərb ölkələrinin hərəkətlərində nüvə dövlətlərinin birbaşa hərbi toqquşması təhlükəsini görür.
 
Moderator.az xəbər verir ki, bu barədə o, Nüvə Silahının Yayılmaması üzrə Moskva Konfransının iştirakçılarına videomüraciətində bəyan edib.
 
"Bu gün ABŞ və onların satellitləri əvvəlkitək Rusiyanı strateji məğlubiyyətə uğratmaq ideyasına mübtəladır, ölkəmizi bundan sonra da sonuncu ukraynalıyadək çəkindirməyə hazırdır.
 
Bu zaman Qərb nüvə dövlətlərinin birbaşa hərbi toqquşması həddində təhlükəli ləngər vurur, bu da fəlakətli nəticələrə gətirib çıxara bilər.
 
Xüsusi narahatlıq doğuran məqam ondan ibarətdir ki, məhz Qərbin nüvə dövlətləri üçlüyü cinayətkar Kiyev rejiminin əsas sponsorları, müxtəlif təxribatçı addımların əsas təşəbbüskarları sırasındadır.
 
Biz burada nüvə təhlükəsi səviyyəsinin yüksəlməsinə aparıb çıxaracaq ciddi strateji riskləri görürük", - Rusiyanın baş diplomatı bəyan edib.
 
"ABŞ tərəfindən rəhbərlik edilən kollektiv Qərb Vaşinqtona mane olan balanslı və bərabərhüquqlu razılaşmaların demontaj edilməsini Amerika tərəfinə üstünlük yaradan açıq qumarbaz sxemlərlə riyakarcasına uzlaşdırır. 
 
Məqsəd aydındır: opponentlərin nüvə arsenalına qoyulan yeni məhdudiyyətlər hesabına Qərbin qeyri-nüvə potensialının birgə üstünlüyünü möhkəmləndirməklə birtərəfli hərbi üstünlüyə nail olmaqdır", - o, deyib.
 
O, qeyd edib ki, hazırda dünyada silahlar üzərində nəzarət və nüvə silahının yayılmaması sisteminin böhranı müşahidə edilir, bu da beynəlxalq təhlükəsizlik sahəsində misli görünməyən dərin deqradasiyanı əks etdirir.
 
Onun sözlərinə görə, silahlar üzərində nəzarət və nüvə silahının yayılmamasının mövcud sisteminin sarsıdılması Nüvə Silahının Yayılmaması haqqında Müqavilənin (NSYM) dayanıqlığına neqativ təsir göstərir, müqavilənin gerçəkləşdirilməsi ilə bağlı problemlər isə nəinki saxlanılır, həm də artır.
 
Lavrov güman edir ki, əsas problem ondan ibarətdir ki, NSYM Qərb ölkələri tərəfindən nüvə silahının yayılmaması ilə bağlı yox, siyasi məsələlərin həlli üçün, "arzu edilməyən ölkələrə təzyiq və ya birbaşa təcavüz etmək, Qərb blokuna daxil olmayan dövlətlərin nüvə proqramlarına nəzarəti yüksəltmək üçün istifadə edilir".
 
O, qeyd edib ki, bəzi ölklər "tərksilah bayrağı altında" hətta Rusiya və Çinin nüvə arsenalına nəzarəti gücləndirməyə cəhd göstərir.
Seçilən
11
Mənbələr
Şərh ()
Bağla