AZ

İlham Əliyev: “Bakının Avrasiya İqtisadi İttifaqına daxil olmaq planları yoxdur”

Bakının Avrasiya İqtisadi İttifaqına (Aİİ) daxil olmaq planları yoxdur.

KONKRET.az xəbər verir ki, bunu ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda keçirilən beynəlxalq forumda Azərbaycan Prezidenti İlham Əliyev deyib.

“Bizim belə planlarımız yoxdur, lakin gələcəkdə bunun müzakirə oluna bilməyəcəyini deyə bilmərik. Hər şey bu yaxınlaşmadan hansı əlavə iqtisadi fayda əldə edəcəyimizdən asılı olacaq. Onları görsək, qərar qəbul edəcəyik. Əgər belə olmasa, o zaman biz hazırda mövcud olan əməkdaşlıq səviyyəsindən məmnun qalacağıq”, – Əliyev deyib.

Eyni zamanda dövlət başçısı əlavə edib ki, ölkəmiz Prezident və Baş nazir səviyyəsində Aİİ-nin bəzi tədbirlərinə dəvət olunub. Hətta bir dəfə Aİİ-nin tədbirində fəxri qonaq qismində iştirak etdiyini xatırladan Əliyev bildirib ki, Azərbaycan Ermənistan istisna olmaqla, Aİİ-nin bütün üzv ölkələri ilə çox sıx tərəfdaşlıq edir.

Xatirə Sadiq,

KONKRET.AZ

Seçilən
18
50
Mənbələr
Şərh ()
Bağla