AZ

Azərbaycanlı skripkaçı Canel Nəcəfli Barselonada keçirilən müsabiqədə Fəxri diploma layiq görülüb

Bakı, 23 aprel, AZƏRTAC

Çexiyada yaşayan əslən Şuşadan olan azərbaycanlı gənc skripkaçı Canel Nəcəfli İspaniyanın Barselona şəhərində keçirilən “Victoria Music Competition for Violin” müsabiqəsində Fəxri diploma layiq görülüb.

Diasporla İş üzrə Dövlət Komitəsindən AZƏRTAC-a bildiriblər ki, müsabiqənin münsiflər heyətinin prezidenti, professor Viktor Tretyakov, münsifləri professor Nataliya Lixopoy və Laya Monserat olub.

Qeyd edək ki, bu, Canel Nəcəflinin beynəlxalq müsabiqələrdə ilk qalibiyyəti deyil. Bundan əvvəl “Florida keys” beynəlxalq müsabiqəsində ikinci yer tutduğu üçün Nyu- Yorkda yerləşən dünyaca məşhur “Weill” konsert salonunda Fikrət Əmirovun “Məhəbbət rəqsi” əsərini ifa edib.

 

Seçilən
30
1
Mənbələr
Şərh ()
Bağla