AZ

"Taxta bazar"ında növbəti YANĞIN: Sığorta şirkətləri dəyən zərəri qarşılamaqda niyə maraqlı deyil? - AÇIQLAMA

"Taxta bazar"ında növbəti YANĞIN: Sığorta şirkətləri dəyən zərəri qarşılamaqda niyə maraqlı deyil? - AÇIQLAMA

Ötən günlərdə Nərimanov rayonunda "Taxta bazarı" adlanan ərazidə yanğın baş verib. Bundan əvvəldə sözügedən ərazidə dəhşətli yanğın hadisəsi baş vermişdi. Hər iki yanğın hadisəsinində əsas məsələ isə obyektlər və mal-materialın sığortalanması halı olmadı. Vətəndaşların isə əsas narazılığı budur ki, sığorta şirkətləri taxta materiallarını sığortalamaqda maraqlı deyillər. Bəs sığorta şirkətləri taxta materiallarını niyə sığortalamır.

Mövzu ilə bağlı Sonxeber.az-a danışan sığorta məsələləri üzrə ekspert İlkin İbrahimov bildirib ki, bu məsələ ilə bağlı daşınmaz əmlakın icbari sığortası və digər tərəfdən daşınan əmlakın könüllü sığortası ölkəmizdə mövcuddur:

"Bildiyimiz kimi, daşınmaz əmlakın sığortası binanı, qurğuları sığortalamaq ilə məşğuldur. Bu sığorta növü məcburi xarakter daşıyır. Yəni sənədi olan hər kəs sığortalanmaya cəlb olunmalıdır. Lakin onun içərisindəki satış məqsədilə olan materiallar daşınan əmlakın könüllü sığortasıdır. Bu könüllü şəkildədir və dövlət bunun üçün məcbur etmir. Bu məsələ ilə bağlı bir məqam var ki, sığorta şirkətləri burada sənədli yerlər ilə bağlı sığortalamada maraqlıdır. Bu da onunla bağlıdır ki, sənədi olmadan yerlərin sığortalanması qeyri-mümkündür".

Ekspertin sözlərinə görə, məsələ isə gələcəkdə baş verən sığorta hadisəsinin hesablanması ilə bağlıdır. Yəni bir VÖEN açılır və orada aylıq gəlirlər göstərilməyib. Yəni nə qədər mal-materialın daxil olduğu yaxud satışı ilə bağlıdır. Yəni bu qalıq dəyər ilə əlaqəlidir və risklə bağlıdır:

"Həmin məsalələrdə sabah sığorta şirkəti dəqiq bilməlidir ki, burada qalıq dəyəri nə qədərdir və ödənişi ona görə təyin edir. Ona görə də hər bir halda birinci növbədə sahibkarlıq şəffaflaşmaga doğru getməlidir. Belə ki, VÖEN-ləri ilə birlikdə, satdıqları mallar görülməlidir. Vergi bəyannamələrində şəffaflaşma olmalıdır. Digər tərəfdən sahibkarlar sənədli yerlərdə müqavilə bağlanmalıdır ki, sığorta şirkətləridə gəlib yanğın baş verən zaman məsələ ilə bağlı maraqlana bilsin. Bu məsələlərdən sonra, rəqabət olaraq aparırlar ki, oranı sığortalasınlar. Yəni bu kimi hallar oranı sığortalamada şirkətləri çəkindirir. Gələcəkdə baş verən hadisələr ilə bağlı vətəndaşların riski bu şəkildə sığortalanmır. Baş verən hadisələrdən sonra isə onların vəziyyəti çox pis olur".

Seçilən
38
1
Mənbələr
Şərh ()
Bağla