AZ

Alman məktəbliləri kütləvi şəkildə İslamı qəbul etməyə başladılar

Uşaqların kənarda qalmaq istəməməsi səbəbindən Almaniya məktəblərində müsəlman tələbələrin sayı artmağa başlayıb.

Bu barədə Almaniyanın dövlət təhlükəsizlik xidmətindəki anonim mənbəyə istinadən Bild qəzeti yazıb.

“Almaniyalı uşaqların getdikcə daha çox valideynləri məsləhət mərkəzlərinə müraciət edirlər, çünki onların xristian uşaqları məktəbdə kənardan qalmamaq üçün İslamı qəbul etmək istəyirlər”, – mənbə nəşrə bildirib.

Bu, Yaxın Şərqdən miqrasiya səbəbindən məktəblərdə müsəlman uşaqların sayının kəskin artması ilə əlaqələndirilib. Bəzi böyük şəhərlərdə xristian ailələrindən olan uşaqlar hətta siniflərdə azlıqda qalırlar. Məsələn, Berlin, Frankfurt və Essendə müsəlman tələbələrin nisbəti 80%-dən çox olan təhsil müəssisələri var.

Mənbə: A Haber

Seçilən
66
Mənbələr
Şərh ()
Bağla