AZ

MARAQLI OLAY! "Neftçi"nin qızlarını kim cin atına mindirdi?

Qızlar arasında Yüksək Liqanın son turunun «Olimpiya» - «Neftçi» qarşılaşması günlərdir ciddi müzakirə mövzusuna çevrilib.

Ağcabədidə keçirilən matçın gündəmə gəlməsinə səbəb nəticədir.

Belə ki, bakılılar bu səfərdən 41:0 hesablı qələbəylə dönüb. Paytaxt qızlarından Aysun Seydiyeva rəqib qapısından 38 top keçirib.

Bu görüşlə bağlı maraqlı fakt var. Demə, «Olimpiya» meydana qavıçısız çıxıb. Yerli komandanın kiperi şəxsi səbəblərdən stadiona gəlməyib.

Başqa «əlcək sahibi» olmadığından, baş məşqçi Mahir Bağırlı «çərçivə»ni hücumçuya tapşırıb. O isə hərəkətləri ilə «Neftçi»li həmkarlarını qıcıqlandırıb.

Mövqeyini dəyişmiş forvard topu qapıdan götürərək, hər dəfə bir neçə nəfəri aldatmağa cəhd göstərib. Ondan komanda yoldaşlarına ötürmə etməsi istənilib, fikir verməyib və «bombardman» başlayıb.

Yalnız son dəqiqələrdə bakılıların baş məşqçisi Siyasət Əsgərov qızlara «qol yağışı»nı dayandırmağı tapşırıb.

SPORTİNFO.AZ

Seçilən
24
Mənbələr
Şərh ()
Bağla