AZ

Endrik məşuqəsi ilə “sevgi müqaviləsi” bağlayıb - Fotolar

Bu yay “Real”a keçəcək, “Palmeyras”ın 17 yaşlı braziliyalı mərkəz hücumçusu Endrik şəxsi həyatı haqda söhbəti ilə gündəmə gəlib.

Arena.az AS dərgisinə istinadən məlumat verir ki, o, evlənmək niyyətində olduğu sevgilisi, 21 yaşlı model Qabrieli Miranda ilə “sevgi müqaviləsi” bağladığını bildirib.

Bildirilir ki, bu müqavilənin bəndlərinə əsasən, Endrik və Qabrielinin heç bir asılılıqları olmamalı, nitqlərində müəyyən sözlərdən istifadə etməli, həmçinin “davranışını kəskin şəkildə dəyişməli” olmalıdırlar. Bundan əlavə, braziliyalı futbolçunun özünün dediyi kimi, o və qız bir-birlərinə mümkün qədər tez-tez “səni sevirəm” deməlidirlər.

Xatırladaq ki, daha əvvəl, Endrikin altı aydan az müddətdir münasibətdə olmasına rəğmən, Miranda ilə evlənmək niyyətində olduğu barədə məlumat yayılmışdı.

Böyük futbolda 2-ci mövsümünü keçirən 17 yaşlı Endrik “Palmeyras”ın yetirməsidir. O, İspaniya nəhəngi “Real”la müqavilə imzalayıb, amma 18 yaşı tamam olmadığı üçün yalnız 2024-cü ilin yayında, həddi-büluğa çatdıqdan sonra “qaymaqlılar”a qoşulacaq. “Kral klubu” Endrikin transferi üçün 45 milyon avro məbləğində xərc çəkib. Yeniyetmə hücumçunun İspaniya nəhəngi ilə müqaviləsi 2025-ci ilin iyun ayının sonuna qədər qüvvədədir.

Endrikin “Palmeyras”ın heyətində çıxışının ümumi mənzərəsi belədir: 72 oyun, 19 qol, 3 məhsuldar ötürmə.

Yeniyetmə futbolçu geridə qalmış 2022/2023 mövsümündə Braziliya A Seriyasının və 2023-cü il Braziliya Super Kubokunun qalibi olub. Endirk həmçinin 2021/2022 mövsümündə də “Palmeyras”la Braziliya çempionluğunu bayram edib.

Endrik 2023-cü ilin noyabrında debüt etdiyi Braziliya yığmasının heyətində 4 oyun keçirib və artıq məlum olduğu kimi, 2 qol vurub.

“Transfermarkt” internet-portalı 17 yaşlı braziliyalı hücumçunun transfer dəyərini 55 milyon avro məbləğində qiymətləndirir.

Seçilən
48
Mənbələr
Şərh ()
Bağla