AZ

" ABŞ Konqresdə bu işə əl qoyan konqresmenlərin erməni diasporası ilə əlaqələrinin olması şübhəsizdir" - Politoloq

ABŞ Konqresi Azərbaycanın bir sıra məmurlarına qarşı sanksiyanı nəzərdə tutan qanun layihəsi təqdim etməyə hazırlaşır. Dina Tinus başda olmaqla, bir qrup konqresmenin təqdim etməyə hazırlaşdığı qanun layihəsində "ölkədə qanunun aliliyinin və insan hüquqlarının pozulması"nda fəal rol oynadığı iddia edilən 40-dan çox dövlət adamının, hərbçinin, hakimin və nazirin adı yer alıb.Təqdim edilən siyahıda əsasən hərbiçilərdir. Bu ölkədə hazırda xalq arasında ən sevilən qurumların başında Azərbaycan Ordusu gəlir. Onun da ən sevilən zabitini - general Hikmət Mirzəyevin adını siyahıda xüsusi vurğulayıblar.

Mövzu ilə bağlı BiG.AZ-a danışan politoloq Elşən Manafov bildirib ki, Hikmət Mirzəyev Azərbaycan generalı olaraq Silahlı Qüvvələrin NATO-nun sülh naminə əməkdaşlıq proqramında iştirakına həmişə məqbul yanaşıb və dəstək olub.Konqresin adı çəkilən şəxslərə munasibətdə sanksiyalar istəyi anlaşılan deyil,hərçənd Konqresdə bu işə əl qoyan konqresmenlərin erməni diasporası ilə əlaqələrinin olması şübhəsizdir:

"Azərbaycan ABŞ ilə enerji təhlükəsizliyi sahəsində əməkdaşlıq edən,ordusunu NATO standartları çərçivəsində formalaşdırmağa çalışan ölkədir. Onun İranla həmsərhəd olması,müsəlman ölkəsi olaraq ABŞ-nin müttəfiqi İsraillə strateji tərəfdaşlıq münasibətləri NATO üzvü olan Türkiyə ilə strateji müttəfiqlik münasibətləri Ağ evin diqqət mərkəzində olan amillərdəndir. ABŞ Azərbaycanla münasibətlərdə bir qayda olaraq bu amillərdən çıxış edir,onunla münasibətləri özünün geosiyasi maraqları çərçivəsində qurmağa çalışır.
Bununla belə Azərbaycanın regionun təhlükəsizlik problemlərinin həllinə fərqli baxışı,müstəqil siyasət yeritməsi,regionun geosiyasi konfiqurasiyasının dəyişdirilməsi ilə bağlı ABŞ-nin baxışlarını bölüşməməsi,Rusiya ilə müttəfiqlik münasibətlərimiz,Qərbin istəklərindən fərqli olaraq Rusiyaya qarşı sanksiyalara qoşulmaması,Azərbaycan ərazisindən Rusiyanın loqistik maraqlar baxımından istifadə etməsi,Zəngəzur dəhlizinin perspektivi ilə bağlı məsələlərə rəsmi Bakının fərqli yanaşmaları ABŞ-nin indiki iqtidarını qane etmir.Bayden administrasiyasının Cənubi Qafqaz regionu ilə bağlı baxışlarına bir qayda olaraq ABŞ-dəki erməni diasporasının ciddi təsir imkanları olub.Bayden özü vaxtilə konqresmen olanda ABŞ Konqresinin bədnam 907 nömrəli düzəlişinin qəbulunda iştirak edib və erməni diasporasının lobbiçilik etdiyi siyasətçilərdəndir.O, Ermənistanda Paşinyanı hakimiyyətə gətirən filantrop və milyarder Sorosla çox yaxın münasibətlərə malik siyasətçilərdəndir.Hikmət Mirzəyev Azərbaycan generalı olaraq Silahlı Qüvvələrin NATO-nun sülh naminə əməkdaşlıq proqramında iştirakına həmişə məqbul yanaşıb və dəstək olub.Bu baxımdan Konqresin adı çəkilən şəxslərə munasibətdə sanksiyalar istəyi anlaşılan deyil,hərçənd Konqresdə bu işə əl qoyan konqresmenlərin erməni diasporası ilə əlaqələrinin olması şübhəsizdir".


BiG.Az
Seçilən
34
Mənbələr
Şərh ()
Bağla