AZ

Modriç Madriddə qalır

“Real”ın ulduzu Luka Modriç fikrini dəyişib. O, madridlilərlə müqavilə müddətini daha bir il uzatmaq niyyətindədir.

Futbolinfo.az xəbər verir ki, xorvat yarımmüdafiəçi yayda bitəcək anlaşmasını yeniləmək niyyətində deyildi. O, daha yaxşı təklif göndərəcək başqa Avropa klubunda və ya çoxlu pul qazanacağı Səudiyyə Ərəbistanında görünə bilərdi. Lakin Modriç indi karyerasını zirvə sayılan “Real”da bitirməyi daha münasib görür.

Modriçin fikrini dəyişməsində Toni Kroosun qərarı da rol oynayıb (Marca). Alman yarımmüdafiəçinn daha bir mövsümü İspaniya nəhəngində keçirməyi lazım bilməsi Lukanı da həvəsləndirib. Onun tezliklə rəhbərliklə bir araya gəlib müqaviləni razılaşdırması gözlənilir.

Xatırladaq ki, 38 yaşlı yarımmüdafiəçi 2012-ci ildə 35 milyon avro qarşılığında “Tottenhem”dən transfer olunub və bu müddətdə saysız titul qazanıb.

Seçilən
37
Mənbələr
Şərh ()
Bağla