AZ

ABŞ-da payızlıq buğda bitkilərinin vəziyyəti pisləşib

USDA mütəxəssislərinin son bir həftəlik məhsul turunun nəticələrinə görə, aprelin 21-nə ABŞ-da yaxşı və əla vəziyyətdə olan payızlıq buğda bitkilərinin payı əvvəlki həftə ilə müqayisədə 5% azalaraq 50% təşkil edir. Eyni zamanda, bu nəticə bir il əvvəlkindən (26%) əhəmiyyətli dərəcədə yaxşı olmaqda davam edir.

Fins.az xəbər verir ki, həftə ərzində qənaətbəxş vəziyyətdə olan taxıl bitkilərinin payı, əksinə, 32%-dən 34%-ə (bir il əvvəl 33%), eləcə də pis və çox pis vəziyyətdə olan 13%-dən 16%-ə yüksəlib ( 2023-cü ildə - 41% .

Yazlıq taxılların səpininin dinamikasına gəlincə, bu, ötən illə müqayisədə yüksəkdir. Belə ki, aprelin 21-dək ABŞ-da planlaşdırılmış sahənin 15%-nə yazlıq buğda (keçən il 10%-lə müqayisədə), qarğıdalı - 12%-i (10%), soya - 8%-i (4%) səpilib.

Günel Məlikzadə
Fins.az

 

Seçilən
26
Mənbələr
Şərh ()
Bağla