2024-cü ilin I rübündə Azərbaycanın dövlət büdcəsinin gəlirlərinin 1 milyard 469,9 milyon manatı və yaxud 15,9 %-i gömrük orqanlarının xətti ilə daxilolmaların payına düşüb Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 4,9 % az, proqnozdan isə 7,5 % çoxdur.
Bu barədə Maliyyə Nazirliyi məlumat verib
Cari ilin üç ayında büdcə gəlirlərində qeyri-neft-qaz sektoru üzrə daxilolmaların 31,5 %-ni gömrük orqanları təmin edib.
2023-cü il üçün dövlət büdcəsinin gəlirləri 2022-ci illə müqayisədə 16% artaraq 35,6 milyard manat təşkil edib.
Vergi daxilolmaları və dövlət rüsumları üzrə dövlət büdcəsinə ümumi gəlirlərin 45,3%-I və ya 16,1 milyard manat vəsait daxil olub ki, bu da proqnoza nisbətən 7,6%, 2022-ci illə müqayisədə isə 3,8% çoxdur.
Neft-qaz sektoru üzrə dövlət büdcəsinə vergi daxilolmaları 6,4 milyard mln. manat təşkil edib. Bu da proqnoza nisbətən 6,9% çoxdur.
Azərbaycan Respublikası Dövlət Neft Fondundan dövlət büdcəsinə proqnozla nəzərdə tutulan məbləğdə, yəni 11,7 milyard manat və ya ümumi gəlirlərin 33,0% qədər vəsait daxil olub.
Aytac Zeynalova
www.anews.az