AZ

Azərbaycanda gömrük orqanlarının xətti ilə büdcə daxilolmaları 5 % azalıb

Bu ilin I rübündə Azərbaycanın dövlət büdcəsinin gəlirlərinin 1 milyard 469,9 milyon manatı və yaxud 15,9 %-i gömrük orqanlarının xətti ilə daxilolmaların payına düşüb.

“Report” bu barədə Maliyyə Nazirliyinə istinadən xəbər verir.

Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 4,9 % az, proqnozdan isə 7,5 % çoxdur.

Yanvar-mart aylarında büdcə gəlirlərində qeyri-neft-qaz sektoru üzrə daxilolmaların 31,5 %-ni gömrük orqanları təmin edib.

Seçilən
64
2
Mənbələr
Şərh ()
Bağla