AZ

Turizm və Sosial Xidmətlər üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində “Açıq qapı” günü keçiriləcək

Turizm

Bakı, 23 aprel, AZƏRTAC

Aprelin 24-də Turizm və Sosial Xidmətlər üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində “Açıq qapı” günü keçiriləcək.

Peşə Təhsili üzrə Dövlət Agentliyindən AZƏRTAC-a bildirilib ki, gənclərin peşə seçiminə dəstək olmaq məqsədilə keçirilən tədbirdə müxtəlif ixtisaslar üzrə ustad dərsləri, sərgilər təşkil ediləcək. “Açıq qapı” günü saat 11:00-dan 16:00-dək davam edəcək. Giriş sərbəstdir.

Ünvan: Xətai rayonu, Məhsəti küçəsi 3.

Seçilən
60
3
Mənbələr
Şərh ()
Bağla