AZ

İsrail ordusu “Hizbullah”ın iki komandirinin öldürüldüyünü bildirib

İsrail

Bakı, 23 aprel, AZƏRTAC

İsrail ordusu (SAXAL) Livanda fəaliyyət göstərən “Hizbullah” hərəkatının iki komandirinin öldürüldüyünü bildirib.

AZƏRTAC xəbər verir ki, İsrail Müdafiə Nazirliyinin mətbuat xidmətinin məlumatına görə, bu gün səhər saatlarında Livanın cənubuna endirilən raket zərbəsi nəticəsində “Hizbullah” hərəkatının hava hücumundan müdafiə qüvvələrinin strukturunda mühüm mövqe tutan Hüseyn Əli Azkul öldürülüb.

“Hüseyn Əli Azkulun öldürülməsi “Hizbullah” hərəkatının hava hücumundan müdafiə qüvvələrinin imkanlarına ciddi ziyan vurur”, - deyə məlumatda bildirilir.

Bundan başqa, SAXAL ötən gecə Arzun bölgəsində hərəkatın xüsusi təyinatlı qüvvələrinin yüksək rütbəli komandirlərindən biri olan Məhəmməd Xəlil Atiyanın da öldürüldüyünü iddia edib.

 

 

Seçilən
139
3
Mənbələr
Şərh ()
Bağla