AZ

Ən kiçik ev təsərrüfatları Naxçıvan və Bakıdadır - RƏQƏMLƏR

Azərbaycanda ən kiçik ev təsərrüfatları Naxçıvan Muxtar Respublikası və Bakıdadır. 


Sfera.az  2023-cü ilin yekunlarına əsasən xəbər verir ki, bir ev təsərrüfatının orta ölçüsü Naxçıvanda 3,74 nəfər, Bakıda 3,8 nəfərdir. 


Azərbaycanın digər regionlarında ev təsərrüfatlarının ölçüsü 4 nəfərdən böyükdür. Ən böyük ev təsərrüfatları Mil-Muğan (4,92 nəfər), Şirvan-Salyan (4,87 nəfər), Dağlıq Şirvan (4,71 nəfər) regionundadır. 


Ümumilikdə, Azərbaycanda bir ev təsərrüfatının ölçüsü 4,23 nəfərdən ibarətdir. Bu göstərici şəhər yerlərində 4,14 nəfər, kənd yerlərində 4,36 nəfərdir. 


Məlumat üçün bildirək ki, ev təsərrüfatı dedikdə bir yerdə yaşayan və xərcləri ortaq olan insanlar nəzərdə tutulur. Bir ev təsərrüfatı bir və ya bir neçə ailədən, yaxud bir subay insan, eləcə də bir yerdə yaşayan insanlardan ibarət ola bilər. Burada əsas meyar xərclərin ümumi olmasıdır. 


Vasif
 

Seçilən
38
Mənbələr
Şərh ()
Bağla