AZ

İrəvandan Moskvaya demarş: “Qadağan etdik”

Ermənistanın təhqir olunduğu Rusiya proqramlarının ölkəmizdə yayımı qadağandır.

Teleqraf.com xəbər verir ki, bunu Ermənistan parlamentinin sədri Alen Simonyan deyib.

Simonyan Ermənistanın Rusiya telekanallarında təhqir olunmasına cavab olaraq, hökumətin gördüyü tədbirlərə diqqət çəkib:

“Ermənistan hökuməti nifrət nitqinin yayılması və Ermənistanın daxili işlərinə müdaxiləni dayandırmaq üçün Rusiya dövlət televiziyasında Ermənistanda təbliğat proqramlarının yayımını qadağan edib”.

Erməni spiker Ukrayna, Moldova və Gürcüstanın ərazi bütövlüyünü dəstəklədiklərini də vurğulayıb.

Azərbaycanla sülh prosesinə gəlincə, Simonyan qeyd edib:

“Ermənistan sülhə sadiqdir və regionumuzda və ya dünyanın istənilən yerində müharibənin istənilən təzahürünü rədd edir. Münaqişənin həlli üçün sülh yolu ilə həll yolları axtarırıq”.


Müəllif: Mənsur Rəğbətoğlu
Seçilən
60
Mənbələr
Şərh ()
Bağla