AZ

Macarıstan XİN başçısı: Ukraynaya hərbi yardıma mane olacağıq

"Macarıstan ölkə şirkətlərinin Ukraynanın qara siyahısına salınmayacağına dair zəmanət alana qədər Aİ-nin Ukraynaya 2 milyard avroluq hərbi yardımın buraxılmasına mane olacaq".

 

Modern.az NEXTA-ya istinadən xəbər verir ki, bunu Macarıstanın xarici işlər naziri Peter Siyarto deyib.

 

Söhbət ilk növbədə Macarıstanın OTR bankından və əczaçılıq şirkəti "Gedeon Richter"dən gedir.

 

"Macarıstanın mövqeyi dəyişməz olaraq qalır: Ukrayna tərəfindən macar şirkətlərini təqib etməyi dayandıracaqlarına dair zəmanət almayana qədər, biz bu cür qərarların qəbuluna töhfə verə bilməyəcəyik",  Siyarto deyib.

Seçilən
46
2
Mənbələr
Şərh ()
Bağla