AZ

55 yaşlı Selin Diondan yarılçılpaq fottoseessiya - FOTOLAR

Sərt əzələ sindromu xəstəliyi ilə mübarizə aparan dünyaca məşhur müğənni Selin Dion Fransanın "Vogue” jurnalının yeni sayının üz qabığına çəkilib.
 
 55 yaşlı müğənni ağ köynək və şortda yarıçlpaq pozalar verib.
 
Selin jurnala verdiyi müsahibədə xəstəliklə mübarizəsindən danışıb. Onun sözlərinə görə, artıq xəstəliyini qəbul etmək üçün çalışır və daim onu ​​idarə etməyi öyrənir.
 
"Yaxşıyam, amma hələ görüləsi çox iş var. Hər gün bir az da qəbul etməyi öyrənirəm. Həftənin beş günü terapiyadayam. İndi onunla yaşamağı öyrənməliyəm və özümü sorğulamağı dayandırmalıyam. Xəstəliyə qalib gəlməmişəm, çünki o, hələ də içimdədir və həmişə də olacaq. Ümid edirəm ki, elmi araşdırmalar vasitəsilə onu müalicə etmək üçün möcüzəvi bir yol tapacağıq, amma hələlik onunla yaşamağı öyrənməliyəm" deyə bildirib.

 

 


Seçilən
18
2
Mənbələr
Şərh ()
Bağla