AZ

Hollivud ulduzunun qızı anasının 25 il əvvəlki paltarını geyindi -FOTO

Məşhur kino aktrisası, 54 yaşlı Ketrin Zeta-Consun qızı ad gününə sürprizə qeyd edib.

Azpost.info bildirir ki, kollec tələbəsi olan 21 yaşlı Caris bu həftə sonu doğum gününü qeyd edib.

Bu münasibətlə o, ulduz anasının 25 il əvvəl geyindiyi çəhrayı ipək paltarını seçib.

Model peşəsinə yeni başlayan Caris sinəsi çiçəkli “Unqaro” paltarında rezonans yaradıb: “Xəyal edə biləcəyim ən mükəmməl 21-ci ad günü!” –deyə Caris İnstaqramda yazıb. Ketrin Zeta Cons isə cavabında  “sən buna layiqsən, mənim balam” yazıb.

Ketrin bu paltarı 1999-cu ildə Kaliforniyanın Santa Monika şəhərində keçirilən MTV Movie Awards mərasimində geyinmişdi.

Seçilən
21
Mənbələr
Şərh ()
Bağla