AZ

Kərə yağını saxtasındanNECƏ FƏRQLƏNDİRƏK?

Yağın keyfiyyəti ilə bağlı istehlakçılarımız onun dadına, iyinə, rəngi və kimyəvi göstəricilərinə görə özləri də ilkin qiymətləndirmə apara bilərlər. Digər müayinələri isə laboratoriya şəraitində müəyyən edilir. Bunun üçün Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun müasir tələblər cavab verən laboratoriyaları fəaliyyət göstərir və müvafiq parametrlər üzrə analizlər aparılır. Keyfiyyətli kərə yağı xarakterik təmiz dada və qoxuya malik olmalıdır. 

Bu fikirləri Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin sektor müdiri Aynur Həsənova “İki sahil”ə açıqlamasında söylədi.

1 kq kərə yağı istehsal etmək üçün 22 litrə qədər süd lazımdır

Agentlik rəsmisinin sözlərinə görə, kənar dad və qoxu olmamalıdır. Normal otaq  temperaturunda bərk, həmcins, kəsimində səthi parıltılı, əridildikdə tam şəffaf və çöküntüsüz olmalıdır. Kərə yağının qüsurlu olması özünü daha çox onun dadında, qoxusunda, xarici görünüşündə, konsistensiyasında, rəngində büruzə verir.

Bu qüsurların bəziləri istehsal prosesi zamanı, bəziləri isə saxlanma müddətində də yarana bilər. Bitki yağlarında da eyni - yağ iysiz və açıq rəngdə olmalıdır. Və bu məlumatı da nəzərinizə çatdırmaq istəyirəm ki, 1 kq kərə yağı istehsal etmək üçün 22 litrə qədər süd lazımdır. Əslində kərə yağının tərkibi ən az 82,5% süd yağından ibarət olmalıdır və bu  keyfiyyətli yağ hesab olunur.

Yaqut Ağaşahqızı, “İki sahil”

Seçilən
44
Mənbələr
Şərh ()
Bağla