AZ

IGB operatoru boru kəməri marşrutu boyunca bütün bələdiyyələrə maliyyə yardımı göstərir

Bakı. Trend:

ICGB şirkəti əsas diqqəti kiçik yaşayış məntəqələrinəyönəltməklə Yunanıstan-Bolqarıstan interkonnektoru (IGB) marşrutuboyunca bütün bələdiyyələrə maliyyə yardımı göstərir.

Trend bubarədə şirkətə istinadən xəbər verir.

Kampaniya çərçivəsində 12 bələdiyyə üçün ümumilikdə 156 min 170avro ayrılacaq. Bütünlükdə kampaniyadan Bolqarıstanda 64,Yunanıstanda isə 7 kənd fayda əldə edəcək.

182 kilometr uzunluqda interkonnektor Xaskovo, Dimitrovqrad,Stara Zaqora, Kırcali (Bolqarıstan) və Komotini bölgələrindənkeçir.

"Hər bir bələdiyyə vəsaitdən necə istifadə edəcəyinə fərdiqaydada qərar verə biləcək. Beləliklə, ICGB icmalara hər birməntəqə üçün prioritet olan konkret ehtiyaclarını qarşılamaq imkanıverir. Artıq kənd təsərrüfatı texnikası, ictimai oyun meydançalarıüçün avadanlıq əldə etmək, yerli idman komandalarına dəstək, eləcədə dini məbədlərin təmiri və təminatı üçün materiallar əldə etməküçün ianələrdən istifadə ilə bağlı sorğular göndərilib", - deyəICGB-dən bildiriblər.

Qeyd edək ki, Yunanıstan-Bolqarıstan interkonnektoru 1 oktyabr2022-ci il tarixindən kommersiya tədarükünə başlayıb.

İnterkonnektorla Bolqarıstana qaz tədarükünün müqavilə həcmiildə 1 milyard kubmetrdir. IGB-nin ümumi gücü ildə 5 milyardkubmetrədək genişləndirilmə imkanı ilə 3 milyard kubmetrdir.

İnterkonnektorun buraxılış gücünün artırılaraq 5 milyardkubmetri keçməsi əlavə qaz kəməri inşa etmək hesabınamümkündür.

X: @Lyaman_Zeyn

(Tərcümə: Rəna Əbdürəhmanova)

Seçilən
34
Mənbələr
Şərh ()
Bağla