AZ

Bel və boyun ağrılarını aradan qaldırmaq üçün İKİ TƏSİRLİ ÜSÜL

Fizika müalicə və reabilitasiya mütəxəssisi Mehmet Ağırman bel və boyun ağrılarını aradan qaldırmaq üçün iki üsul olduğunu ifadə edib.

AZXEBER.COM Türkiyə mediasına istinadən xəbər verir ki, Mehmet Ağırman cəmiyyətdə kifayət qədər tez-tez rast gəlinən bel və boyun ağrılarına qarşı məşhurlaşan sərt yerə yatmaq texnikası ilə bağlı açıqlama verib.

Mütəxəssis Mehmet Ağırman deyib:

\"Bel və boyun ağrıları ən çox rast gəlinən sağlamlıq problemlərindən biridir və ciddi fiziki, psixoloji itkilərə səbəb ola bilər. Xüsusilə işləyən insanlarda yaranan bu problemlər həm də ciddi iqtisadi itkilərə və işçi qüvvəsinin itkisinə səbəb olur. Araşdırmalar göstərir ki, 40 yaşdan yuxarı insanların 80%-i həyatlarında ən azı bir dəfə bel ağrısı yaşayır. Onurğa sütununu bütövlükdə qiymətləndirmək lazım olduğu üçün bel və boyun ağrıları ilə birlikdə bel ağrılarının da meydana çıxma ehtimalı artır\".

Ağrıları aradan qaldırmağın iki üsulu olduğunu qeyd edən Mehmet bildirib: 

\"Birincisi yerimək, ikincisi isə qısa müddətə düz bir səthdə uzanmaq lazımdır. Ancaq uzanmaq yalnız qısa müddətli rahatlama təmin edəcək və yerimək qədər təsirli olmayacaq. Arxa üstə sərt bir səthdə 5-10 dəqiqə uzanmaq onurğa və əzələlərin düzgün duruş tapması üçün faydalı ola bilər. Ancaq gün ərzində arxası üstə uzanmaq 15 dəqiqədən çox olmamalıdır”.

Nəzrin
Seçilən
34
Mənbələr
Şərh ()
Bağla