AZ

Çin Rusiyaya maşın və avadanlıq ixracını azaldır – SƏBƏB

2024-cü ilin martında Çin Rusiyaya maşın, avadanlıq (o cümlədən elektrik avadanlığı), mexanizmlər, onların hissələri və aksesuarlarının birbaşa tədarükünü azaldıb. 


Sfera.az xəbər verir ki, bununla bağlı məlumatı RBK Çinin Baş Gömrük İdarəsinin (RBC) aprelin 20-də dərc olunan materiallarına istinadən hazırlayıb. 


RBK-nın məlumatına görə bu cür malların Çindən Rusiyaya ixracı 2023-cü ilin mart ayı ilə müqayisədə 15% (2,9 milyard dollara qədər) azalıb. Bundan əvvəl sonuncu dəfə bu məhsul kateqoriyasında azalma 2022-ci ilin dekabrında qeydə alınıb.


Dekabrda illik müqayisədə azalma 11% olub.


RBK hesab edir ki, azalmanın səbəbi ABŞ-nin sanksiya təhdidlərinin artması ilə bağlıdır. 


Vasif

Seçilən
42
Mənbələr
Şərh ()
Bağla