AZ

Bakıda əmisini ov tüfəngi ilə öldürməkdə təqsirləndirilən şəxsə hökm oxundu

Bakıda əmisini ov tüfəngi ilə öldürməkdə təqsirləndirilən Elməddin Fətəliyevin cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.
 
Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Şəlalə Həsənovanın sədrliyi ilə keçirilən prosesdə prokuror ittiham nitqi ilə çıxış edib.
 
Prokuror məhkəmədən təqsirləndirilən şəxsin 18 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.
 
Vəkillər müdafiə çıxışı etdikdən sonra təqsirləndirilən şəxs son söz deyib.
 
Daha sonra məhkəmə hökmü elan etmək üçün müşavirə otağına gedib. Müşavirədən qayıdan məhkəmə hökmü elan edib. Hökmə əsasən, E.Fətullayev 12 il müddətinə azadlıqdan məhrum edilib.
 
Qeyd edək ki, hadisə ötən ilin oktyabrında qeydə alınıb.
 
İstintaqla müəyyən edilib ki, 1984-cü il təvəllüdlü Elməddin Fətəliyevin Xətai rayonu NZS qəsəbəsində yerləşən avtomobil təmiri sexində aralarında yaranmış mübahisə zamanı qohumu 1971-ci il təvəllüdlü Arif Fətəliyevi ov silahından bir dəfə atəş açaraq qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
 
E.Fətullayev hüquq mühafizə orqanlarının əməkdaşları tərəfindən saxlanılıb.
 
Ona qarşı Cinayət Məcəlləsinin 120.2.2-ci (xuliqanlıq niyyəti ilə qəsdən adam öldürmə) maddəsi ilə ittiham irəli sürülüb. 
Seçilən
13
3
Mənbələr
Şərh ()
Bağla