AZ

"Ermənistanın havadarına çevrilməkdə olan ABŞ açıq şəkildə Azərbaycan ordusunun gücündən narahatdır" - POLİTOLOQ

"Ermənistanın havadarına çevrilməkdə olan ABŞ açıq şəkildə Azərbaycan ordusunun gücündən narahatdır" - POLİTOLOQ

Xəbər verdiyimiz kimi, ABŞ Konqresi Azərbaycanın bir sıra məmurlarına qarşı sanksiyanı nəzərdə tutan qanun layihəsi təqdim etməyə hazırlaşır. Dina Tinus başda olmaqla, bir qrup konqresmenin təqdim etməyə hazırlaşdığı qanun layihəsində "ölkədə qanunun aliliyinin və insan hüquqlarının pozulması"nda fəal rol oynadığı iddia edilən 40-dan çox dövlət adamının, hərbçinin, hakimin və nazirin adı yer alıb.Təqdim edilən siyahıda əsasən hərbiçilərdir. Bu ölkədə hazırda xalq arasında ən sevilən qurumların başında Azərbaycan Ordusu gəlir. Onun da ən sevilən zabitini - general Hikmət Mirzəyevin adını siyahıda xüsusi vurğulayıblar.

Mövzu ilə bağlı Sonxeber.az-a danışan politoloq Kazım Kazımov bildirib ki, ABŞ-nin Azərbaycana hüquq və insan haqları məsələsində nəsə deməyə, hələ sanksiya tətbiq etməyə mənəvi haqqı çatmır:

"ABŞ hər şeydən əvvəl Vyetnamda, İraqda, Əfqanıstanda qətl etdiyi on minlərcə sivil insanın hesabını versin. Özünü demokratiya carçısı adlandıran ABŞ bu gün qardaş Türkiyəyə qarşı PKK terror təşkilatının Suriya qolu YPG-ni açıq şəkildə dəstəkləyir hətta rəsmi qaydada hərbi büdcəsindən pul ayırır. Əli minlərlə Azərbaycanlının qanına batmış, Xocalı faciəsinin təşkilatçısı Erməni lobbisini də açıq bir şəkildə dəstəkləyir. Hətta Erməni lobbisinin təkidi ilə Azərbaycana qarşı 907-ci düzəliş tətbiq edilib. Digər yandan bu gün ABŞ-nin hazırladığı sanksiya siyahısına baxdığımızda açıq şəkildə yenə Erməni lobbisinin izi hiss olunur".

Politoloqun sözlərinə görə, siyahının mütləq əksəriyəti hərbçilərdən ibarətdir. Hikmət Mirzəyev kimi siyasətdən tam uzaq rəşadətli hərbiçinin belə adı var:

"İstər cənab Mirzəyev istərsə də digər hərbçilərə və ya müvafiq güc strukturu işçisi olan digər şəxslərin hansının siyasətlə əlaqəsi var?! Heç birinin. Deməli məsələ aydındır bu gün Ermənistanın havadarına çevrilməkdə olan ABŞ açıq şəkildə Azərbaycan ordusunun gücündən narahatdır və ona görə Erməni lobbisinin izlərinin açıq şəkildə görüldüyü bir addım atmağa hazırlaşır. ABŞ sanksiya tətbiq etsə belə bu Azərbaycan üçün ciddi bir təhlükə törətməyəcək. Çünki Azərbaycan ordusunun ABŞ-dən heç bir asılılığı yoxdur. Bu sadəcə ABŞ-nin insani dəyərləri siyasi şantaja çevirdiyinin bir daha göstəricisi olacaq".

Sevda Səfərova

Seçilən
27
Mənbələr
Şərh ()
Bağla