AZ

Meydançaya 1000-dən çox kepka atıldı

“Stenli kuboku” uğrunda mübarizənin ilk oyunlarında maraqlı hadisələr baş verib. “Edmonton Oylers” komandası evdə “Los-Anceles Kinqs” komandasını 7:4 hesabı ilə məğlub edib.

Komandanın forvardı Zek Hayman oyunda het-trik edib. Hayman pley-offun ilk oyununda het-trik edən 4-cü hokkeyçi kimi tarixə düşüb. “Edmonton Oylers”in tarixində bundan əvvəl yalnız Veyn Qretski, Yarri Kurri və Qlen Anderson ilk oyunda 3 qol vurmuşdular. Haymanın üçüncü qolundan sonra buz üzərinə azarkeşlər tərəfindən 1131 kepka atılıb. Bu da arena üçün rekord göstəricidir.

Qeyd edək ki, oyunda ümumilikdə 18 347 azarkeş olub.

Komandanın lideri Konnor Makdevid görüşdə 5 məhsuldar ötürmə ilə yadda qalıb. Bunu da bütün MHL tarixində yalnız 4 nəfər etməyi bacarıb.

blank
Seçilən
75
Mənbələr
Şərh ()
Bağla