AZ

Diş həkimi dişlərdə tünd ləkələrin yaranmasının səbəblərini açıqlayıb

Dişlərdə boyanma müxtəlif səbəblərdən, o cümlədən bəzi ağız xəstəliklərini göstərməklə baş verə bilər.

Stomatoloq-terapevt Pavel Lısenkov əsas səbəblər barədə danışıb.

Onun sözlərinə görə, dişlərdə yaranan ləkələr iki qrupa bölünür: birincisi xarici amillərlə (siqaret çəkmək, kofe içmək, ağız boşluğunun gigiyenası qaydasının pozulması, dərman qəbul etmək), ikincisi diş minasının hipoplaziyası və hiperplaziyası, flüoroz kimi diş xəstəlikləri, eroziya, kariyes.

“Flüoroz asimmetrik yerləşmiş qəhvəyi və tünd qəhvəyi ləkələr şəklində özünü göstərir. Hipoplaziya və hiperplaziya dişlərdə simmetrik olaraq yerləşmiş aydın sərhədləri və parlaq səthi olan ağ və ya sarı ləkələrlə xarakterizə olunur. Siqaret çəkmək, çay və kofe içmək nəticəsində yaranan ləkələr qəhvəyi və ya qara rəngdədir və tez-tez diş əti nahiyəsində olur”, – Lısenkov bildirib.

Xarici amillərin yaratdığı ləkələr adətən yalnız peşəkar gigiyena və ya ağartma yolu ilə çıxarıla bilər. Ancaq bu evdə edilə bilməz, diş həkimindən peşəkar gigiyena tələb olunur.

Bu xəstəliklərin nəticəsi olan ləkələrin müalicəsi üçün taktikalar səbəbə görə diş həkimi tərəfindən müəyyən edilir.

Mənbə: Gazeta.ru

Seçilən
51
1
Mənbələr
Şərh ()
Bağla