AZ

Növbəti köç karvanı Füzuliyə çatıb, mənzillərin açarları təqdim edilib (FOTO)

Bakı. Trend:

Aprelin 23-də Bakı şəhərinin Qaradağ rayonundan yola salınannövbəti köç karvanı Füzuli şəhərinə çatıb. Yeni köçürülən ailələrə mənzillərininaçarlarının təqdimat mərasimi keçirilib.

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə DövlətKomitəsindən Trend-ə verilənməlumata görə, mərasimdə Komitənin və Ağdam, Füzuli və Xocavəndrayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusinümayəndəliyinin rəsmiləri iştirak ediblər.

Köçürülən ailələr Füzuli şəhərində yenidən tikilən evlərdəməskunlaşacaqlar. Bu mərhələdə Füzuli şəhərinə daha 39 ailə - 150nəfər köçürülüb. Bununla da Füzuli şəhərində 744 ailə, 2839 nəfərindaimi məskunlaşması təmin edilib.

Qeyd edək ki, bu gün respublikanın müxtəlif ərazilərindəyataqxana, sanatoriya, pioner düşərgəsi, yarımçıq tikililər vəinzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdən ibarət növbətiköç karvanı aprelin 23-də Bakı şəhərinin Qaradağ rayonundan yolasalınıb. Bu mərhələdə Füzuli şəhərinə daha 39 ailə - 150 nəfərköçürülüb.

Növbəti
Növbəti
Növbəti
Növbəti
Məqalədə:
Seçilən
116
9
Mənbələr
Şərh ()
Bağla