AZ

Andre Onana: “Mançester Yunayted” ölkənin ən böyük klubudur”

“Mançester Yunayted”in qapıçısı Andre Onana Mançester təmsilçisinin İngiltərənin ən böyük klubu olduğunu bildirib.

Arena.az Onananın bu barədə fikirlərini təqdim edir:

“Biz “Mançester Yunayted”ik, hələ də ölkənin ən böyük klubuyuq. Biz həmişə qalib gəlməliyik. Biz özümüzü yaxşı hiss edirik və İngiltərə Kubokunun finalına yüksəldiyimiz üçün şadıq. “Uembli”yə qələbə qazanmaq üçün qayıdacağıq. Ən əsası qələbədir. Biz finaldayıq və bu, vacibdir”, deyə Onana bildirib.

Andre Onana Samuel Eto’O akademiyasının yetirməsidir. Ardınca kamerunlu qapıçı “Barselona” akademiyasına keçib. Buradan “Ayaks”a yol tapmış Onana oyunu ilə diqqət çəkib və “İnter”in maraq dairəsinə düşərək “neradzurri”nin heyətinə transfer edilib. Kamerunlu qapıçı 2022/2023 mövsümündə “İnter”də yüksək səviyyədə çıxışı ilə diqqət çəkib.

“Mançester Yunayted” ispan qapıçı David De Xea ilə yollarını ayırmaq qərarına gəlincə, Andre Onananın transferinə çalışıb. “Qırmızı şeytanlar” cari ilin iyulunda buna nail ola biliblər və Onana 50,2 milyon avro müqabilindən “İnter”dən Mançester klubuna keçib. Kamerunlu qapıçı bu klubla müddəti 2028-ci ilin iyun ayının sonuna qədər qüvvdədə olacaq müqavilə imzalayıb.

Onana cari mövsümdə 44 oyuna çıxıb, 72 qol buraxıb, 12 oyunda qapısını toxunulmaz saxlayıb.

Andre Onana böyük futbolda “Ayaks” və “İnter”lə qənimətlər qazanıb. Kamerunlu qapıçı “Ayaks”la 3 dəfə Niderland çempinluğuna, 2 dəfə Niderland Kubokuna, 1 dəfə Niderland Super Kubokuna sahib olub. “İnter”lə isə İtaliya Kubokunun və İtaliya Super Kubokunun qalibi, həmçinin ötən mövsüm Çempionlar Liqasının finalçısı olub.

Onana 2016-cı ilin sentyabrında debüt etdiyi Kamerun yığmasında 37 oyun keçirib, 30 qol buraxıb, 16 oyunda qapısının toxunulmazlığını təmin edib.

“Transfermarkt” internet-portalı 28 yaşlı kamerunlu qapıçının transfer dəyərini 40 milyon avro məbləğində qiymətləndirir.

Seçilən
68
Mənbələr
Şərh ()
Bağla