AZ

Qəzzadakı müharibəyə etiraz edən amerikalı tələbələr HƏBS OLUNDU

Qəzza zolağındakı müharibəyə qarşı etirazlar Kolumbiya və Yel Universitetlərindən  ABŞ-nin digər ali təhsil ocaqlarına da yayılıb.

KONKRET.az xarici mediaya istinadən xəbər verir ki, indi amerikalı rəsmilər nümayişləri yatırtmaq üçün var gücləri ilə cəhdlər göstərirlər. Bazar ertəsi axşam polis Nyu-York Universitetində etiraz aksiyasını dağıtmağa cəhd edib və həbslər həyata keçirib.

Həmin gün Yel Universitetində onlarla tələbə həbs olunub və Kolumbiya Universiteti əyani dərsləri təxirə salıb.

Oxşar olaylar Berkli, Massaçusets Texnoloji Universitetində və ölkənin digər aparıcı kolleclərində da yaşanıb.

ABŞ-də tələbələr deyirlər ki, HƏMAS-ın İsrailə 7 oktyabr hücumundən sonra və Qəzza zolağında müharibə başlayandan bəri antisemitizm və islamofob hadisələrin sayı artıb.

Kampus etirazları ilə bağlı sualı cavablandıran prezident Co Bayden həm “anti-semit etirazlarını”, həm də “fələstinlilərlə nə baş verdiyini başa düşməyənləri” qınadığını söyləyib.

Xatirə SADİQ,

KONKRET.az

Seçilən
28
Mənbələr
Şərh ()
Bağla