AZ

TBMM sədrindən 23 Aprel paylaşımı: "Türk Əsrinin hədəfləri..."

Türkiyədə Böyük Millət Məclisinin (TBMM) açılışının 104-cü ili qeyd edilir.

Demokrat.az xatırladır ki, düşmən işğalı altında olan Anadolu və Rumeli torpaqlarında Mustafa Kamal Paşanın başçılığı ilə Qurtuluş Savaşını başlatacaq və Cümhuriyyət yolunda mühüm addımların atılmasını təmin edəcək Türkiyə Böyük Millət Məclisi (TBMM) 104 il əvvəl aprelin 23-də açılıb. Türkiyə Böyük Millət Məclisinin açılışı müstəqillik mübarizəsinin ən mühüm mərhələlərindən biri hesab olunur.

Türkiyə Böyük Millət Məclisinin sədri Numan Kurtulmuş 23 Aprel Milli Suverenlik və Uşaq Bayramı münasibəti ilə sosial media hesabında  təbrik mesajı paylaşıb.

TBMM sədri Kurtulmuş təbrik mesajında bu sözləri qeyd edib: “Türkiyə Böyük Millət Məclisinin açılışının 104-cü ildönümü və bütün uşaqların, sonra isə hamımızın bayramı olan 23 Aprel - Milli Suverenlik və Uşaq Bayramımız mübarək.

Cümhuriyyətimizin qurucusu və Qazi Məclisimizin ilk başçısı Mustafa Kamal Atatürk başda olmaqla, onun həm ön cəbhədə vuruşan, həm də Birinci Məclisdə millətimizi təmsil edən yoldaşlarını və bu Böyük Məclisdə xidmət etmiş deputatlarımızı bir daha minnətdarlıqla xatırlayıram. TBMM Türk Əsrinin hədəfləri istiqamətində gələcəyimizin təhlükəsizliyini təmin etməyə davam edəcək.

Seçilən
86
10
Mənbələr
Şərh ()
Bağla