AZ

Ümid edirəm, Ermənistan düzgün yolu seçər – Ərdoğandan XƏBƏRDARLIQ

Türkiyə Prezidenti Cənubi Qafqazdak vəziyyətlə bağlı jurnalistlərin suallarını cavablandırıb.

Vətəninfo.az-ın məlumatına görə, bu barədə o, İraq səfərindən geri dönərkən danışıb.

Dövlət başçısı regionda yeni nizamın formalaşdığını bildirib. “Gerçəkliklə heç bir əlaqəsi olmayan uydurma tarixi hekayələrlə hərəkət etməkdənsə, zamanın reallıqları ilə hərəkət etmək həmişə daha yaxşıdır. İndi Paşinyan da bunu başa düşür. Tarixçilər ilk növbədə tarixi prosesdə baş verənlərlə məşğul olurlar. Biz əvvəldən bu məsələ ilə bağlı çox açıq danışdıq və arxivimizi aça biləcəyimizi dedik və açdıq”, – o deyib.

Ərdoğan vurğulayıb ki, real əsasda yeni yol xəritələri yaratmağın vaxtıdır:

“Ümid edirəm ki, Ermənistan diasporun onları əsarətə saldığı qaranlıqdan xilas olacaq və parlaq gələcək üçün yeni başlanğıclar etmək yolunu seçəcək. Fürsət qapıları həmişə açıq qalmır. Açıq qaldığı halda ondan yaxşı istifadə etmək lazımdır. Bu prosesdə təkcə diaspora deyil, bir çox təşviqatçılar da Ermənistana təsir etməyə çalışırlar. Biz bunlardan xəbərdarıq. Biz də vaxtaşırı xəbərdarlıqlar etdik. Ümid edirəm ki, Ermənistan düzgün yolu seçər və yeni dövr başlayar”.

Seçilən
12
44
Mənbələr
Şərh ()
Bağla